Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 58 ünvanında baş verib.
Sadəddin Əjdər oğlu Ağakişiyev etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, 77-KZ-106 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Samir Sabir oğlu Məmmədovun idarə etdiyi “Minsk” markalı mopedlə toqquşub.
Nəticədə mopeddə olan sərnişin Əşrəf Nəsrəddin oğlu Mirzəyev almış olduğu müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.
Fakta görə cinayət işi başlanıb.