Böyük Britaniya ordusunda süni intellektə əsaslanan inkişaflar ölkənin silahlı qüvvələrinə daha aktiv şəkildə tətbiq ediləcək.
Bunu müdafiə naziri Con Hiliyə istinadən “Guardian” qəzeti yazıb.
Qəzet qeyd edib ki, Hily üç ay ərzində Britaniya silahlı qüvvələrinin vəziyyəti ilə bağlı icmal təqdim etməlidir.
“Hily-nin texnologiyaya əsaslanan icmalının ən vacib aspektlərindən biri süni intellektin genişləndirilməsi olacaq”, – məlumatda deyilir.
Məlumata görə, Estoniyadakı Britaniya qoşunları artıq potensial təhlükələri avtomatik tanıya və onlara qarşı mübarizə aparmaq üçün silah seçə bilən süni intellektə əsaslanan sistemləri sınaqdan keçirir.
Nazir həmçinin süni intellektə əsaslanan hərbi inkişafları maliyyələşdirmək üçün vahid fond yaratmaq istədiyini deyib.