Dövlət və bələdiyyə müəssisələrində gender kvotasının tətbiqi təklif olunur

Fidan Məmmədli
1 Min Read

Dövlət və bələdiyyə müəssisələrində gender kvotasının tətbiqi təklif olunur.

Bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Könül Nurullayeva komitənin bugünkü iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, dövlət qulluğunda qadınların təmsilçiliyi 30 faizə qədər artıb və bu da müsbət haldır. 

Deputat bildirib ki, məişət zorakılığı ilə bağlı barışdırma halının aradan qaldırılması da müsbət addımdır: 

“Bunun tətbiqi zərərçəkmiş şəxslərin hüquqlarının qorunmasına, zorakılığın cəzasız qalmamasına səbəb olub”. 

    Share This Article
    Şərh edilməmiş