Sosial şəbəkələrdə naməlum qadının digər şəxsə qarşı qeyri-adekvat hərəkətlərini əks etdirən görüntüləri yayılıb.
Məlumata görə, bu görüntülər polis tərəfindən araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli sorğumuza cavab olaraq bildirib ki, görüntüdə əks olunan şəxslərin Binəqədi rayonunda yaşayan qonşular olduğu müəyyənləşib:
“Hər iki şəxs əqli qüsurludur. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq barələrində profilaktik tədbirlər görülür”.