Ceyhun həyat yoldaşını xilas etmək istəyərkən ölüb…

Fidan Məmmədli
1 Min Read

ABŞ-nin Florida ştatının Mayami şəhərində həmyerlimiz Ceyhun Sadibəylinin öldüyü hadisə ilə bağlı bəzi detallar üzə çıxıb.

Yaxınlarının bildirdiyinə görə, əslən Yardımlı rayonundan olan 24 yaşlı Ceyhun bir neçə ay əvvəl ailə həyatı qurubmuş. O, Bostondakı şirkətdə satış meneceri vəzifəsində çalışırmış.

Mərhumun əmisi məlumatda bildirib ki, C.Sadibəyli həyat yoldaşı ilə Mayamiyə istirahətə gedib və xanımının suda boğulduğunu görərək onu xilas etməyə çalışıb. Bu zaman qadın xilas olsa da, Ceyhun suda boğularaq ölüb.

Onun cənazəsinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Mənbə

    Share This Article
    Şərh edilməmiş