COP29 prezidenti ölkələri su ehtiyatları ilə bağlı bəyannaməyə qoşulmağa çağırıb

Fidan Məmmədli
0 Min Read

COP29 prezidenti, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Nevski Beynəlxalq Ekoloji Konqresində hər kəsi COP29-da qəbul edilmiş Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsinə (Declaration on Water for Climate Action) qoşulmağa çağırıb.

Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Məlumatda qeyd olunub ki, Muxtar Babayev Xəzər dənizinin səviyyəsinin azalması probleminin həllinə həsr olunmuş regional əməkdaşlıq sessiyasının moderatoru olub.

    Share This Article
    Şərh edilməmiş