ABŞ Suriyaya qarşı sanksiyaları ən qısa zamanda ləğv edəcək

Fidan Məmmədli
1 Min Read

“ABŞ Suriyaya qarşı sanksiyaların aradan qaldırılması üçün intensiv şəkildə çalışır.”

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus deyib.

“Konkret bir tarix vermədən deyə bilərəm ki, bu, öyrəşdiyimizdən daha sürətli həyata keçiriləcək”, – o deyib.

Prezident Donald Trampdan göstəriş gəlsə belə, bir ölkəyə qarşı sanksiyaların aradan qaldırılmasının müəyyən vaxt tələb etdiyini vurğulayan Bryus bu prosesdə həm Dövlət Departamenti, həm də aidiyyəti qurumların intensiv şəkildə çalışdığını bildirib.

Mənbə

    Share This Article
    Şərh edilməmiş