İslamofobiya ilə bağlı filmlər hazırlanır.
Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən tədbirlə bağlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bunların hər biri beynəlxalq təşkilatlara göndəriləcək:
“Eyni zamanda hər il kitablar çap olunur və bunlar məlumatlılığı artırmaq üçün aidiyyəti üzrə bir çox mərkəzlərə göndərilir”.
R.Həsənov həmçinin bildirib ki, islamofobiya ilə bağlı tədbirə gələcək iştirakçıların 60-70 faizi müsəlman ölkələrindən deyil:
“Konfransda yalnız İslam-müsəlman icması yox, həmçinin xristian, yəhudi və digər dinlərin daşıyıcıları da iştirak edəcəklər. Bu, dini yox, elmi bir konfransdır və məqsəd dinə yönələn təzyiqlərin aradan qaldırılmasıdır”.