Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycanı Avropa Siyasi Birliyinin Zirvə toplantısına ev sahibliyi etməsi münasibətilə təbrik edib.
Bu barədə diplomat sosial media hesabında paylaşım edib.
“2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısına ev sahibliyi edən Azərbaycanı təbrik edirik!”, – o qeyd edib.
Qeyd edək ki, bu gün Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bildirib ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.