ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına qarşı tətbiq edilən 50%-lik idxal rüsumlarının ləğvini və ya yenidən nəzərdən keçirilməsini planlaşdırmadığını bəyan edib.
Bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Razılaşma əldə etməyə can atmıram. Onsuz da 50 faizlik rüsumlara dair razılaşmamız var. Amma bir daha vurğulayıram, əgər Aİ ölkələri istehsalatı ABŞ-da qurarsa, bu rüsumlar tətbiq olunmayacaq”, – Tramp əlavə edib.