Su hövzələrində insanların təhlükəsizliyin təmin edilməsi mövzusunda müşavirələr keçirilib

Fidan Məmmədli
1 Min Read

Su hövzələrində insanların təhlükəsizliyin təmin edilməsi

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə Bakı və Sumqayıt Regional mərkəzləri müvafiq olaraq Bakı şəhərinin Sabunçu, Binəqədi, Qaradağ rayonlarında və Sumqayıt şəhərində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirib.

Nazirliyin Mətbuat xidmətindən verilən xəbərə görə, müşavirələrdə rayon icra hakimiyyətləri və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölmələrinin, yerli gigiyena və epidemiologiya mərkəzlərinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak edib.

Tədbirlərdə sözügedən rayonların ərazisindəki su hövzələrində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq onların aradan qaldırılması yolları geniş müzakirə olunub.

Yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyi

Müşavirələrdə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar veriblər.

Mənbə

    Share This Article
    Şərh edilməmiş