Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi çox vacib məqamdan keçir

Fidan Məmmədli
1 Min Read

“Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması prosesi çox vacib məqamdan keçir”.

Bunu APA-nın əməkdaşının sualına cavabında Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

“Bildiyiniz kimi, sülh sazişinin mətninin razılaşdırılması prosesi tamamlanıb. Onun imzalanması üçün iki şərt var ki, sülhə zəminin yaradılması üçün bu istiqamətdə konkret addımlar atılmalıdır. Hər hansı sülh mesajları yalnız bu addımlar praktik olaraq reallaşdırıldıqda və konkret tələblər və hər iki tərəfin gözləntiləri reallaşdıqda nəticə verir”.

Mənbə

    Share This Article
    Şərh edilməmiş