247Press – Azərbaycan Xəbər Portalı Blog Digər İranda limanda partlayışda ölənlərin sayı 40 nəfərə çatıb, 1205 yaralı var – VİDEO
Digər

İranda limanda partlayışda ölənlərin sayı 40 nəfərə çatıb, 1205 yaralı var – VİDEO

İranda limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

247press-in məlumatına əsasən, İran mediasının yaydığı xəbərə görə, 1205 yaralı vardır.


Saat 18:18

İranda limandan gələn xəbərə görə, ölənlərin sayı 36 nəfərdir. Yaralıların sayı isə 1205-dir.


Saat 13:19

Son məlumata görə, 28 nəfər ölü, 1139 yaralı var.

247press-in verdiyi məlumatlara əsasən, 6 nəfər itkin düşüb.


Saat 11:06

İran limanında baş verən partlayış nəticəsində 25 nəfər ölü, 1139 nəfər isə yaralanıb.


Saat 10:25

İranda Bəndər Abbasdakı limanda partlayış nəticəsində yaralananların sayı 1139-a çatıb. Partlayışdan sonra 18 nəfərin öldüyü, 6 nəfərin isə itkin düşdüyü bildirilib.


27 aprel, saat 08:52

İranda Bəndər Abbasda baş verən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb, yaralıların sayı isə 800-dür.


27 aprel, saat 00:15

Partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb. İranın daxili işlər naziri İsgəndər Momeni hadisənin səbəbini açıqlayacağını bildirib.


26 aprel, saat 23:59

Bəndər Abbas limanında hələ də yanğının qarşısını ala bilməyiblər. Yanğın genişlənməkdə olduğundan tam təxliyə əmri verilib.


26 aprel, saat 22:04

Limanda partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, yaralananların sayı isə 750-dir.


26 aprel, saat 16:57

Partlayış nəticəsində 561 nəfər yaralanıb. İlkin məlumata görə, partlayış kimyəvi maddələrin saxlandığı anbarda baş verib.


Bu hadisə ilə bağlı araşdırma aparılır. Yanğın hələ də tam söndürülməyib.

Mənbə

Exit mobile version