Aprel 30, 2025
Mətbuat pr 32, Bakı
ABB mobile tətbiqi daha da etibarlı oldu
Maliyyə

ABB mobile tətbiqi daha da etibarlı oldu

ABB yeni təhlükəsizlik tədbirləri ilə mobile tətbiqinin etibarlılığını maksimum səviyyəyə yüksəldir. Müştərilərin vəsaitlərinin təhlükəsizliyi üçün tətbiqdə qeydiyyat prosesi daha da gücləndirilmişdir. Artıq qeydiyyata SİMA identifikasiyası da əlavə olunub. Tətbiqdə qeydiyyatdan keçmək istəyən hər bir istifadəçi kimliyini SİMA ilə də təsdiqləməlidir. Bu, ikili autentifikasiya yaradaraq müştərilərin vəsaitlərini fırıldaqçılıq cəhdlərindən qoruyur. Hər bir istifadəçi bu imkandan istifadə edə bilər.

Qeyd edək ki, mobile tətbiq Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO:IEC 27001:2022 sertifikatına malikdir. “İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi Sertifikatı” adlanan bu sənəd tətbiqin bir çox meyarlar üzrə ətraflı təhlillərindən sonra təqdim olunub. Bu beynəlxalq sertifikat, mobile tətbiqi istifadəçilərinin məlumatlarının ən yüksək səviyyədə mühafizə edildiyini göstərir.

Mobile tətbiq 2020-ci ildən müştərilərin istifadəsindədir. Hazırda tətbiqin 2 milyona yaxın istifadəçisi var. Müasir, faydalı, universal məhsul və xidmətlər barədə məlumatları bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video