ABŞ-ın 2026-cı maliyyə ili üçün büdcə təklifi qeyri-müdafiə xərclərinin 22,6% (təxminən 163 milyard dollar) azaldılmasını nəzərdə tutur.
Məlumata görə, bu barədə Ağ Evin yaydığı sənəddə deyilir.
“Prezident Donald Tramp müdafiə ilə əlaqəsi olmayan sahələrdə büdcə səlahiyyətlərini 163 milyard dollar – cari ilin xərcləri ilə müqayisədə 22,6% – azaltmağı təklif edir. Bununla yanaşı, milli təhlükəsizlik, veteranlar, yaşlı insanlar, hüquq-mühafizə orqanları və infrastrukturun maliyyələşdirilməsi qorunub saxlanılır”, – Ağ Evdən verilən açıqlamada deyilir.
Verilən məlumata görə, bu rəqəm 163 milyard dollar azalaraq 720,5 milyard dollardan 557,4 milyard dollara enəcək.