ABŞ artıq Rusiya və Ukrayna arasında vasitəçi olmayacaq

admin
1 Min Read

Birləşmiş Ştatlar bundan sonra Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu yerinə yetirməyəcək.

Məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Brüus jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Biz vasitəçi olmayacağıq. Görüşləri idarə etmək üçün dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik,” – deyə Brüus vurğulayıb.

O əlavə edib ki, bu mərhələdə danışıqlar prosesi birbaşa tərəflər – Rusiya və Ukrayna arasında aparılmalıdır.

Mənbə

    Share This Article
    Şərh edilməmiş