ABŞ-nin 16-cı Prezidenti Avraam Linkolnun qana bulaşmış əlcəkləri Çikaqoda keçirilən hərracda 1,5 milyon dollara, burun dəsmalı isə 826 min dollara satılıb. Bu əşyalar 1865-ci il aprelin 14-də onun öldürüldüyü gecə cibində olub.
Hərracda həmçinin Linkolnu öldürmək məqsədilə sövdələşmədə şübhəli bilinən üç şəxsin fotoşəkillərinin olduğu “Axtarılır” plakatı 762 min dollara satılıb.
Bundan başqa, Linkolnun 1824-cü il qeyd dəftərçəsindən götürülmüş əl yazısının məlum ən köhnə nümunəsi üçün 500 min dollardan çox pul ödənilib.