Amerika Birləşmiş Ştatları və Böyük Britaniya yeni ticarət sazişi bağlayıblar.
Məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə açıqlayıb.
“Xoşbəxtlik hissi ilə elan edirəm ki, Böyük Britaniya ilə sıçrayış hesab olunan ticarət müqaviləsinə nail olduq”, – Tramp deyib.
“Bugünkü Böyük Britaniya ilə bağlanan saziş administrasiyamızın son dörd həftə ərzində danışıqlar apardığı ticarət müqavilələri seriyasında birincidir”, – prezident əlavə edib.
ABŞ Prezidenti Donald Tramp ölkənin Böyük Britaniya ilə ticarət sazişi imzalamaq planları barədə bəyanat verə bilər.
Məlumatda deyilir ki, bu barədə məlumatda vəziyyətə yaxın üç mənbəyə istinadən yazılıb.
Gözlənilir ki, Tramp Böyük Britaniya ilə ticarət sazişini mayın 8-də elan edəcək.
Bundan əvvəl isə ABŞ lideri bildirmişdi ki, həmin gün Vaşinqtonun ilk böyük razılaşması ilə bağlı böyük mətbuat konfransı keçiriləcək. Lakin o, sazişin kiminlə bağlanacağını açıqlamamışdı.