Aprel 28, 2025
Mətbuat pr 32, Bakı
Digər

ABŞ-ın nüfuzlu universitetləri Tramp administrasiyasına qarşı birləşib

247press-in məlumatına görə, ABŞ-ın bir neçə nüfuzlu ali təhsil müəssisəsi Prezident Donald Tramp administrasiyasının siyasətinə qarşı mübarizəni koordinasiya etmək məqsədilə birlik yaradıb.

Məlumatda qeyd olunur ki, bu qeyri-rəsmi qrupa təxminən 10 universitet daxildir. Universitetlərin əksəriyyəti demokratlara meylli ştatlarda yerləşir.

Nəşr bildirir ki, bu birlik öz siyasətini uzlaşdıracaq və universitetlərin federal hakimiyyətə qarşı hansı səviyyədə güzəştə getməyə hazır olduqlarını müəyyənləşdirəcəklər.

Bundan əlavə, universitetlər “akademik müstəqilliyi” qorumaq üçün mübarizə aparmağa razılaşıblar. Bu, tələbə qəbul qaydaları, işçi heyətinin işə götürülməsi və tədris prosesinin təşkili üzərində nəzarətin özlərində saxlanması ilə bağlıdır.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video