ABŞ-ın rüsum təzyiqləri Pekini qorxutmayacaq

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

ABŞ-ın iki ölkə arasında ticarət münasibətlərində atdığı addımlar Çini qorxutmayacaq.

Məlumata görə, bunu Çin Xalq Respublikasının ABŞ-dakı səfiri Se Fen səfirlikdə çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, əgər ABŞ həqiqətən də bu məsələlər üzrə danışıqlar aparmaq niyyətindədirsə, bərabərhüquqlu dialoqa üstünlük verməlidir.

“Gömrük rüsumlarının artırılması heç bir tərəfə fayda vermir. Bu, biznesin fəaliyyətini pozur, xərclərin artmasına, maliyyə bazarlarında qeyri-sabitliyə və qlobal iqtisadi artımın ləngiməsinə səbəb olur. Rüsum müharibəsini başlayan tərəf biz deyilik. Çin münaqişə istəmir, lakin eyni zamanda təzyiqlərlə də geri çəkilməyəcək.” – deyə diplomat bildirib.

Se Fen əlavə edib ki, Çin yalnız öz qanuni hüquq və maraqlarını deyil, həm də beynəlxalq ticarət nizamını müdafiə edir.

Mənbə

Share This Article
Follow:
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version