“247press”in məlumatına görə, ABŞ-İran danışıqlarının üçüncü raundu Omanda başa çatıb. İranın dövlət televiziyasının verdiyi məlumata görə, bu danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edir.
Bu gün iki ölkə arasında həm texniki, həm də diplomatik görüşlərin keçirilməsi planlaşdırılır. Uitkoff və Araqçi arasında son görüş isə ötən şənbə Romada həyata keçirilib, və hər iki tərəf həmin görüşün nəticələrini müsbət qiymətləndirib.
Mənbə
Leave feedback about this