ABŞ Ukraynaya yeni səfir təyin edib.
Məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus bildirib.
Məlumatda deyilir ki, bu posta Culi Devis gətirilib.
“Prezident Donald Tramp və dövlət katibi Marko Rubio onun Kiyevdə işləməsinə qərar veriblər”, deyə Bryus deyib.
Xatırladaq ki, aprelin 10-da ABŞ-nin Ukraynadakı səfiri Bridjit Brink Prezident Donald Trampın administrasiyası ilə siyasi fikir ayrılıqlarına görə vəzifəsini tərk edib.
Leave feedback about this