“247press-in APA-ya istinadən əldə etdiyi məlumata görə, amerikalı senatorlar Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırmağa hazırdırlar. Respublikaçı senator Lindsi Qrem bildirib ki, o, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ikipartiyalı qanun layihəsi təqdim edib və sənəd artıq 60-a yaxın həmmüəllifə malikdir.
Qrem, Rusiyadan neft, qaz, uran və digər məhsullar alan istənilən ölkəyə qarşı ikinci dərəcəli rüsumların tətbiqini vurğulayıb. “Senat bu istiqamətdə hərəkət etməyə hazırdır və əgər Rusiya ədalətli və davamlı sülhü qəbul etməsə, bunu böyük səs çoxluğu ilə edəcək”, – senator qeyd edib.”
Mənbə
Leave feedback about this