247press-in verdiyi məlumata görə, Livan Prezidenti Cozef Aun ABŞ və Fransadan İsrailin atəşkəsi pozan hücumlarına son qoyulmasını tələb edib. Prezident, Beyrutun cənubundakı Hadas bölgəsinə endirilən hava zərbəsini şərh edərkən bu fikri bildirib.
O, “İsrailin davam edən təcavüzkar hərəkətləri, 27 noyabr 2024-cü ildə qüvvəyə minmiş atəşkəs razılaşmasının zəmanətçiləri olan ABŞ və Fransanın qəti tədbirlər görməsini zəruri edir. Vaşinqton və Paris İsraili dərhal hücumları dayandırmağa məcbur etməlidirlər”, – deyə vurğulayıb.
Mənbə