“247press” “APA”-ya istinadən bildirir ki, Rusiya və ABŞ, Moskva ilə Kiyev nümayəndələri arasında birbaşa danışıqların bərpasının mümkünlüyünü müzakirə ediblər.
Məlumata görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof arasında Kremldə keçirilmiş görüşü şərh edərkən qeyd edib.
Y. Uşakovun sözlərinə görə, üç saat davam edən söhbət konstruktiv və faydalı xarakter daşıyıb, təkcə Ukrayna məsələsi ilə bağlı deyil, həmçinin digər beynəlxalq mövzularda iki ölkənin mövqelərinin yaxınlaşmasına imkan yaradıb.
Mənbə