May 2, 2025
Mətbuat pr 32, Bakı
ABŞ və Ukrayna təbii resurslarla bağlı saziş çərçivəsində üç sənəd imzalayıb
Amerika

ABŞ və Ukrayna təbii resurslarla bağlı saziş çərçivəsində üç sənəd imzalayıb

ABŞ və Ukrayna təbii resurslarla bağlı saziş çərçivəsində ümumilikdə üç sənəd imzalayıblar.

Məlumata görə, bu barədə “Politico” nəşri mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, sazişin imzalanması əvvəlcə 28 fevral tarixində, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüş zamanı yaşanan gərginlik səbəbindən baş tutmamışdı. Son günlərdə də isə sazişin taleyi qeyri-müəyyən idi.

“Ukrayna əsas iqtisadi müqavilə və iki texniki razılaşmanı imzalamaqla bağlı tərəddüd edirdi”, – deyə məlumatda qeyd edilir.

Mənbələrin bildirdiyinə görə, ABŞ Maliyyə Nazirliyi bu məsələdə sərt mövqe nümayiş etdirib. Nəticədə, Ukrayna son anda sənədlərə dəyişiklik edilməsini tələb etdikdən sonra tərəflər hər üç sənədi imzalayıblar.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video