“Adidas”ın Türkiyə hesabında müştəri məlumatları sızdırıldı – Foto

Fidan Məmmədli
0 Min Read

Məşhur idman geyim markası “Adidas” rəsmi Türkiyə hesabında müştəri məlumatları ilə bağlı təhlükəsizlik problemi olduğunu açıqlayaraq müştərilərdən üzr istəyib.

Müraciətdə müştərilərin ad, poçt ünvanı və mobil nömrələri kimi şəxsi məlumatlarının sızdığı qeyd edilib.

Bununla belə şirkət müştərilərə problemin heç bir kart məlumatlarına təsir etmədiyini bildirib və onları bu mövzuda narahat olmamağa çağırıb.

Mənbə

    Share This Article
    Şərh edilməmiş