Aprel 28, 2025
Mətbuat pr 32, Bakı
ADY Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə təltif edilib
Dəhlizlər

ADY Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə təltif edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” nominasiyasında mükafata layiq görülüb.

ADY-nin sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsinə yönəlmiş davamlı fəaliyyəti, tətbiq etdiyi qabaqcıl yanaşmalar və həllər, yüksək komanda işi dəmiryolçuların təhlükəsiz və sağlam iş mühitində çalışmasını təmin edir.

Daimi taktiki-xüsusi təlimlər keçirən ADY, mülki müdafiə qüvvələri və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə əməkdaşlıq edir. Təlimlərə ADY-nin fövqəladə hallar və yanğından mühafizə qatarları, mülki müdafiə qüvvələri, eləcə də FHN-in, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Tibbi Xidməti cəlb olunur.

Bu tədbirlər ADY-nin əməyin mühafizəsi sahəsindəki davamlı öhdəliklərini nümayiş etdirir. Təlimlərin əsas məqsədi fövqəladə hallar barədə xəbərdarlıq edilməsini və onların nəticələrinin aradan qaldırılması üçün bacarıq və vərdişlərin təkmilləşdirilməsini təmin etməkdir.

ADY, mütəmadi təlimlər keçirməklə dəmir yolu işçilərinin təhlükəsizliyini artırır və əməyin mühafizəsinə olan önəmi bir daha vurğulayır.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video