Ağdamda 37 min ha ərazi minalardan təmizlənib, 31 min mina və PHS zərərsizləşdirilib

Fidan Məmmədli
1 Min Read

Böyük Qayıdış proqramı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti davam etdirilir. Mina təhlükəsilə mübarizə istiqamətində icra edilən fəsliyyətin gedişatı və ictimaiyyətin məlumatlandırılmasınln artırılması məqsədilə işğaldan azad olunmuş Ağdam rayonuna media-tur təşkil olunub.

Media-tur Fövqəladə Hallar Nazirliyi və ANAMA tərəfindən təşkil edilib.

FHN- nin Xüsusi Risqli Xilasetmə Xidmətinin şöbə rəisi Ələkbər Ələkbərov deyib ki, hazırda Ağdam rayonunda 37 min 154 hektar ərazi minalardan təmizlənib və 31 min 105 ədəd mina və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib.

Qeyd olunub ki, Vətən müharibəsi bitdikdən sonra, aidiyyatı qurumlarla yanaşı işğaldan azad edilmiş ərazilərdə minaların və partlamamış hərbi sursatların, eləcə də müharibənin partlayıcı qalıqlarının təmizlənməsi işlərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi Təyinatlı Hərbi Hissəsi də fəaliyyət göstərməkdədir. Bu fəaliyyət zamanı heyətimiz yüksək səviyyədə kurs keçib. Prezident İlham Əliyevin tapşırığı nəticəsində təmizləmə fəaliyyətini səmərəli həyata keçirilməsi üçün, müasir avadanlıqla təchiz olunub. Ərazilərin təmizlənməsində mexaniki vasitələrdən də istifadə edilir”.

Mənbə

    Share This Article
    Şərh edilməmiş