247press-in əldə etdiyi məlumata görə, Ağstafa rayonunun Tatlı kəndində canavarlar, kənd sakininə məxsus qoyun sürüsünə hücum edib. Hadisə E.Məmmədova məxsus fermada baş verib. Vəhşi heyvanlar fermaya girərək 27 xırdabuynuzlu heyvanı parçalayıb, 10-nu isə yaralayıb. Bu hadisə nəticəsində fermerə ciddi maddi ziyan dəyib.
Mənbə

Leave feedback about this