Aprel 26, 2025
Mətbuat pr 32, Bakı
Digər

Aİ Azərbaycanda minaların təmizlənməsinə töhfə verir


“247press”in “APA”ya istinadən əldə etdiyi məlumata görə, Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsinə töhfə verir. Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

Kaya Kallas bildirib ki, “Burada danışıqlarımızı yeni əməkdaşlıq razılaşdırması əsasında gücləndirəcəyik. Bizim əlaqələrimiz qarşılıqlı hörmət əsasında qurulub. Bizim prinsiplərimizdə qanunun aliliyi və insan hüquqları əsas götürülüb”.

O, həmçinin xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanla münasibətlər üzrə geniş müzakirələr apardığını qeyd edib: “Mən sülh sazişinin mətni üzrə razılığa gəlinməsini məmnuniyyətlə qarşılayıram”.



Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video