Alen Simonyan: Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər

Fidan Məmmədli
1 Min Read

Yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında dövlət başçıları formatında danışıqlar keçirilə bilər.

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

“Ermənistan və Azərbaycan arasında müzakirələr davam edir və onların davam etdirilməsi barədə razılıq var. Yaxın zamanda müzakirələrin dövlət başçıları formatında, həmçinin xarici işlər nazirləri formatında davam etdiriləcəyini istisna etmirəm”, – o vurğulayıb.

A.Simonyanın sözlərinə görə, bu proseslər sülh sazişinin imzalanma vaxtını və yerini müəyyən etməyə yönəlib.

    Share This Article
    Şərh edilməmiş