Almaniyanın “Rheinmetall” konserni və ABŞ-ın “Lockheed Martin” şirkəti “ATACMS”, “GMLRS”, “Hellfire”, “JAGM” və “PAC-3” tipli raketlərin istehsalı üzrə birgə müəssisə yaradır.
Məqsəd ABŞ-dan asılılığı azaltmaq və silah tədarükünü sürətləndirməkdir.
Bu silahların sırasında “Patriot” hava hücumundan müdafiə sistemi üçün nəzərdə tutulan raketlər də yer alır.
“Rheinmetall”in rəhbəri Armin Papperger bildirib ki, bu qərarın əsas səbəbi ABŞ-da istehsal gücünün Avropa üçün tələbatı ödəməyə kifayət etməməsidir.
“Bəzən Amerikadan raket almaq üçün on il gözləmək lazım gəlir, bu isə çox uzun müddətdir”, – deyə o vurğulayıb.