Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynada atəşkəsin əldə olunmasının mümkün olduğunu bildirib.
Nazir bu barədə Almaniyanın “WDR” televiziyasına açıqlamasında danışıb.
“Biz atəşkəs barədə danışmağa davam edirik və düşünürəm ki, bu, əldə oluna biləcək bir hədəfdir”, – deyə Vadeful vurğulayıb.