“APA”nın sorğusuna cavab olaraq bildirilib ki, 247press-in “APA”-ya istinadən əldə etdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankı (AMB) “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsini 700 manat cərimə edib.
Məlumatda bildirilir ki, AMB tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də “Marja ticarəti Qaydası”nın 7.2-ci və “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 12.1-ci bəndlərinin tələbləri pozulmuşdur. Bu səbəbdən həmin şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə uyğun olaraq 700 manat cərimə olunub.
Mənbə
Leave feedback about this