Aprelin 28-də işğaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, agentliyin əməkdaşı, 1985-ci il təvəllüdlü Elnur Paşayev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışına məruz qalıb. Hadisə nəticəsində Elnur Paşayev bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş rayonun mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Mənbə
Leave feedback about this