247Press – Azərbaycan Xəbər Portalı Blog Digər ANAMA əməkdaşı Qazaxda minaya düşüb
Digər

ANAMA əməkdaşı Qazaxda minaya düşüb

Aprelin 28-də saat 09:45 radələrində Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində bir kişi xəsarət alıb və Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə aparılıb.

Xəsarət alan şəxsin 1985-ci il təvəllüdlü Elnur Paşayev olduğu bildirilir. O, xidmətini yerinə yetirərkən piyada əleyhinə mina partlayışına məruz qalıb. Diaqnozu “Alın nahiyəsinin göz ətrafı toxumalarının və burunun çapılmış yarası”dır. Xəstəxanada ona zəruri tibbi xidmət göstərildikdən sonra, cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyəti stabil qiymətləndirilir.

Xəsarət almış şəxsin vəziyyətinin qənaətbəxş olduğu, həyati təhlükəsinin olmadığı vurğulanır.

Mənbə

Exit mobile version