Aprel 29, 2025
Mətbuat pr 32, Bakı
“Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik” 
							
 - Pezeşkian
Siyasət

“Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik” – Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian, azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuat konfransında birgə hərəkət etməyin əhəmiyyətini vurğulayıb. O, belə deyib: “Biz istehsal, elm, mədəniyyət, iqtisadiyyat, siyasət sahələrində birgə hərəkət etməli, digərlərə bunları pozmağa imkan verməməliyik. Onlar aramızda ixtilaf yaratmaq istəsələr, buna yol verməyəcəyik”.

Pezeşkian, iki ölkə arasındakı əlaqələrin güclü olduğuna diqqət çəkərək bildirib: “Bizim aramızda bizi birləşdirən çoxlu ortaq amillər, hətta ailə, qohumluq əlaqələrimiz var. Bu, elə bir məsələdir ki, heç kəs bunları poza bilməz”.

Daha sonra, o, Prezident İlham Əliyevin əzm və iradəsini yüksək qiymətləndirərək, “Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın köməyi ilə bütün əldə olunmuş nailiyyətləri artıracağıq, öhdəlik götürdüyümüz sənədləri icra edəcəyik. Bəzi məqamlar var ki, hələ yazılmayıb. Amma gərəkdir ki, onları da yazaq və imzalayaq, onları mütləq həyata keçirək. Biz bunların həyata keçirilməsinə, icrasına qəti şəkildə qərarlıyıq. Mən həmin qətiyyəti, həmçinin qardaşımızda görürəm. Allahın köməyi ilə digər layihələri bölgə üçün, İranın və Azərbaycanın gələcəyi üçün, hətta Yaxın Şərq bölgəsi üçün birlikdə yaradacağıq”, – deyə əlavə edib.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video