May 2, 2025
Mətbuat pr 32, Bakı
Avarçəkənlərimizdən daha 5 medal 
							
 - Fotolar
İdman

Avarçəkənlərimizdən daha 5 medal – Fotolar

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkil etdiyi avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının ikinci yarış günü başa çatıb.

Məlumata görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən reqatanın ikinci yarış gününü avarçəkənlərimiz üç gümüş, iki bürünc medalla başa vurublar.

Birnəfərlik kayak qayığında 500 metr məsafədə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında Əlimurad Hacızadə gümüş, 2011-2012-ci il təvəllüdlü idmançılar arasında Mustafa Vəlizadə bürünc medal qazanıb.

İkinəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə 2011-2012-ci il təvəllüdlü idmançıların mübarizəsində Mustafa Vəlizadə – Elmir Tarverdiyev cütlüyü gümüş, Sənan Cəfərzadə – Tahir Mövsümov cütlüyü isə bürünc medala layiq görülüb.

Birnəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2006-2007-ci il təvəllüdlü idmançıların yarışında isə Nurlan Paşayev fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Xatırladaq ki, reqatanın son final yürüşləri və bağlanış mərasimi mayın 2-də keçiriləcək. Məlumatda deyilir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında saat 20:00-da start götürəcək bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim ediləcək. Ardınca bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq.

“Prezident Kuboku-2025”ə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video