Avropa Ukraynaya sülhməramlı qüvvələr göndərmək fikrindən uzaqdır

Fidan Məmmədli
1 Min Read

Almaniya kansleri Fridrix Mers bildirib ki, Avropa hazırda Ukraynaya sülhməramlı qüvvələrin yerləşdirilməsi barədə müzakirələrdən uzaqdır.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Mersin sözlərinə görə, bu mərhələdə bütün səylər Rusiyanın qeyd-şərtsiz atəşkəsə razı salınmasına yönəlib.

Mers qeyd edib ki, növbəti addım sülh danışıqlarının formatının və Ukraynaya hansı təhlükəsizlik təminatlarının lazım olacağının aydınlaşdırılması olmalıdır.

“Hazırda qoşun göndərmək məsələsini müzakirə etməyə əsas yoxdur, biz bu fikirdən uzağıq. Biz istəyirik ki, silahlar sussun, qətllər dayansın… hazırda məhz bu məsələlərlə məşğuluq, digərləri ilə yox”, – deyə o əlavə edib.

Qeyd edək ki, Fransa, Almaniya, Böyük Britaniya və Polşa liderləri Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə cümə günü Albaniyada keçirilən sammit çərçivəsində görüşüblər. Görüş zamanı ABŞ prezidenti Donald Trampa zəng olunub.

Mənbə

    Share This Article
    Şərh edilməmiş