ABŞ Prezidenti və Avropadakı tərəfdaşları Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətində növbəti addımları razılaşdırıblar və Rusiyaya qarşı sanksiya təzyiqlərinin artırılacağını bildiriblər.
Bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.
“Onlar danışıqlar prosesini sıx şəkildə koordinasiya etmək və növbəti texniki görüşün keçirilməsinə nail olmaq barədə razılığa gəldilər. Bütün tərəflər Ukraynaya fəal dəstək verməyə hazır olduqlarını təsdiqlədilər. Avropa nümayəndələri Rusiyaya qarşı təzyiqlərin sanksiyalar vasitəsilə gücləndiriləcəyini bəyan etdilər”, – deyə Almaniya hökumətinin nümayəndəsi vurğulayıb.