Avstriyanı təmsil edən JJ (Yohannes Piç) “Wasted Love” adlı mahnısı ilə 436 xal toplayıb və yarışmanın qalibi olub.
İsrail 357 xalla ikinci, Estoniya isə 356 xalla üçüncü yeri tutub.
Azərbaycan finalda ən yüksək 12 xalı İsrail təmsilçisinə verib.
Qeyd edək ki, bu il ölkəmizi yarışmada “Mamagama” qrupu “Run with you” mahnısı ilə təmsil edib. Qrup mayın 13-də baş tutan ilk yarımfinal mərhələsində finala adlaya bilməyib.