“Sürücülərin ən çox yol verdiyi səhvlərdən biri mühərriki qəfil işə salmaqdır”.
Məlumata görə, “Rossiyskaya qazeta”ya istinadən bunu avtomobillərin mexaniki təmiri şöbəsinin direktoru Vadim Strelbitski deyib.
O bildirib ki, yağın mühərrikin bütün komponentləri arasında bərabər paylanması üçün avtomobilin ən azı bir-iki dəqiqə boş rejimdə işləməsi vacibdir.
“Bu qaydaya məhəl qoymamaq silindr-porşen qrupunun və digər vacib hissələrin sıradan çıxmasına səbəb ola bilər”, – deyə o əlavə edib.