Azərbaycan-Belarus sənədləri imzalanıb – Oxu.az

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
5 Min Read

Mayın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin ilə görüşüb.

Məlumata görə, Ə.Əsədov Belarusun baş naziri vəzifəsinə təyin olunması münasibətilə A.Turçini təbrik edib, rəhbərlik etdiyi hökumətə uğurlar arzulayıb.

Əvvəlcə hökumət başçıları təkbətək söhbət əsnasında Azərbaycan-Belarus iqtisadi-ticarət əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.

Baş nazirlər daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları davam etdiriblər.

Görüşdə tərəflər Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər və iki ölkə prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişaf etdiyini vurğulayıblar.

İqtisadi-ticari əməkdaşlıq Azərbaycan-Belarus münasibətlərinin prioritet sahəsi kimi qiymətləndirilib. Ötən ilin yekunları üzrə qarşılıqlı ticarətin həcmində nəzərəçarpacaq artım müşahidə olunduğunu qeyd edən tərəflər əmtəə dövriyyəsinin artması tendensiyasının dəstəklənəcəyinə əminliklərini ifadə ediblər.

Qarşılıqlı ticarətin şaxələndirilməsinə, investisiya əməkdaşlığının artırılmasına xüsusi diqqət yetirildiyi vurğulanıb. Hökumətlərarası Komissiyanın həmsədrlərinə bu məsələyə prioritet diqqət yetirmək tapşırılıb.

Səfər çərçivəsində təşkil olunan birgə biznes forum da bu məqsədlərə xidmət edəcək və bu forum çərçivəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı layihələrə dair bir sıra sazişlərin imzalanması gözlənilir.

İki ölkə prezidentlərinin razılaşmaları və tapşırıqlarının icrası xüsusi vurğulanıb. Xüsusən də məntiqi surətdə başa çatdırılan bir sıra layihələrin uğurla inkişaf etdirilməsindən məmnunluq ifadə olunub.

Sənaye kooperasiyası sahəsində səmərəli əməkdaşlığı qeyd edən tərəflər Gəncə Avtomobil Zavodu ilə Belarusun aparıcı maşınqayırma müəssisələri arasında həm kənd təsərrüfatı, həm də kommunal avadanlıqların yığılması üzrə işlərin davam etdirilməsi və genişləndirilməsi məqsədilə qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetiriblər.

Tərəflər ötən ilin noyabrında COP29 iqlim konfransı çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsinə cəlb olunmuş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ehtiyacları üçün Gəncə Avtomobil Zavodunda yanğınsöndürmə avadanlığının birgə yığılması üzrə məhsuldar əməkdaşlığı alqışlayıblar.

Belarusun baş nazirinin səfər zamanı tanış olacağı Azərbaycanda birgə lift yığma zavodunun yaradılması layihəsinin uğurla həyata keçirildiyi vurğulanıb.

Tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığın müsbət dinamikasını qeyd edərək, aqrar məhsulların tədarükünün şaxələndirilməsinə və hər iki tərəfdən artırılmasına qarşılıqlı surətdə hazır olduqlarını bildiriblər.

Bununla bağlı Minskdəki Azərbaycan Ticarət Evinin Azərbaycan məhsullarının Belarus bazarına ixracının genişləndirilməsində rolu qeyd olunub.

Sosial sahədə, o cümlədən dövlət xidmətlərinin göstərilməsi sferasında əməkdaşlığın inkişafı perspektivli sahə kimi qeyd edilib və görüşün yekunlarına dair bu istiqamətdə ikitərəfli sənədlərin imzalanmasının vacibliyi vurğulanıb.

Tərəflər dərman və baytarlıq preparatlarının istehsalı sahəsində uğurlu qarşılıqlı fəaliyyəti alqışlayıblar.

Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Hökumət başçıları qarşılıqlı ənənəvi Mədəniyyət günlərinin keçirilməsinin bərpa edilməsini, elmi, tələbə və gənclər mübadiləsini, həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini alqışlayıblar.

Elmi-texniki təcrübə mübadiləsi yolu ilə texniki peşə təhsili sahəsində əməkdaşlığın inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyi qeyd edilib.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Tərəflərin dövlət başçılarının tapşırıqlarının icrası istiqamətində gələcək birgə işə hazır olduqları təsdiq edilib.

Danışıqların yekunlarına dair sosial müdafiə, baytarlıq və sənaye kooperasiyası sahələrində bir sıra sənədlər imzalanıb.

Azərbaycan və Belarus baş nazirləri arasında geniştərkibli görüş başa çatıb.

Məlumatda deyilir ki, Azərbaycan-Belarus sənədləri imzalanıb.

“Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında traktor avadanlıqlarının tədarükü sahəsində əməkdaşlığın inkişafına dair Memorandum”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair 2025-2027-ci illər üçün Tədbirlər Planı”, “Azərbaycan Respublikasının Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi ilə Belarus Respublikasının “Milli Elektron Xidmətlər Mərkəzi” Respublika Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası və Belarus Respublikasının müvafiq nazirlikləri arasında Anlaşma Memorandumunun həyata keçirilməsinə dair 2025-2026-cı illər üçün Tədbirlər Planı” imzalanıb.

Azərbaycan və Belarus baş nazirləri arasında geniştərkibli görüş keçirilir.

Məlumatda deyilir ki, Əli Əsədov və Aleksandr Turçinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunacaq.

Azərbaycan Baş naziri Əli Əsədov və Belarus Baş naziri Aleksandr Turçin arasında təkbətək görüş keçirilir.

Məlumatda qeyd edilib.

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Məlumata görə, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarusun Baş naziri Aleksandr Turçini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Belarusun Baş naziri Aleksandr Turçin rəsmi səfərlə Azərbaycana gəlir.

Məlumata görə, bu barədə müvafiq qurum məlumat verib. Səfər zamanı Aleksandr Turçin ilə respublika rəhbərliyi arasında görüş planlaşdırılır. Belarus hökumətinin başçısı, həmçinin Belarus-Azərbaycan biznes forumunda da iştirak edəcək və forumun yekununda bir sıra müqavilələrin imzalanması nəzərdə tutulur.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş