Azərbaycan və Belarus hərbi tibb mütəxəssisləri arasında görüş keçirilib

Fidan Məmmədli
1 Min Read

Bakıda Azərbaycan və Belarus respublikaları Müdafiə nazirliklərinin tibb xidmətlərinin nümayəndələri arasında “Hərbi tibb sahəsində əməkdaşlıq” üzrə ikitərəfli görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Belarus nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, eləcə də hərbi tibbi təchizatla bağlı brifinq təqdim olunub.

Qonaqlar Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını, Mərkəzi Hərbi və Stomatoloji poliklinikalarını, Hərbi Tibb Fakültəsini, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzini və İstirahət evini ziyarət ediblər.

Hər iki ölkənin nümayəndə heyəti hərbi tibb sahəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıb.

Mənbə

    Share This Article
    Şərh edilməmiş