Aprel 26, 2025
Mətbuat pr 32, Bakı
Digər

Azərbaycan və İsveçrə XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Aprelin 25-də Bern şəhərində Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu baş tutub.

247press-in əldə etdiyi məlumata görə, Azərbaycan XİN tərəfindən verilən açıqlamada, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveçrə nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər üzrə Federal Departamentinin Dövlət Katibinin köməkçisi, Avrasiya idarəsinin rəhbəri Muriel Peneveyre rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi sahədə əlaqələr müzakirə edilib və davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. İqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri də müzakirə olunub.

F.Rzayev, həmçinin Azərbaycanın iqlim diplomatiyası və qlobal iqlim gündəliyinə töhfələrindən, o cümlədən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) sədrliyi barədə məlumat verib.

Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və işğaldan azad edilmiş ərazilərdə mina problemi də müzakirə edilib. Sonda tərəflər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində F.Rzayev digər işgüzar görüşlər də keçirib.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video