Azərbaycana əczaçılıq məhsullarının idxalı azalıb

Fidan Məmmədli
1 Min Read

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 166 mln. 803.7 min ABŞ dolları dəyərində 7 496.6 ton əczaçılıq məhsulları idxal edib.

 Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu, həcm baxımından 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 1777 ton və ya 19.2%, məbləğ baxımından isə 1 mln. 684 min dollar və ya 1% azdır.

Ötən ilin yanvar-aprel aylarında Azərbaycan 168 mln. 488 min ABŞ dolları dəyərində 9 274 ton əczaçılıq məhsulları idxal edib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında əczaçılıq məhsulları idxalı Azərbaycanın ümumi idxalının 2.05%-ni təşkil edib.

Mənbə

    Share This Article
    Şərh edilməmiş