Aprel 30, 2025
Mətbuat pr 32, Bakı
Azərbaycanda bankların nağd ABŞ dolları alqı-satqısının həcmi 25%-ə yaxın azalıb
Maliyyə

Azərbaycanda bankların nağd ABŞ dolları alqı-satqısının həcmi 25%-ə yaxın azalıb

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 965 milyon 218 min təşkil edib.

Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında çəkilən məlumata görə, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.7% və ya 317.4 milyon ABŞ dolları azalıb.

Hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 6.3% artaraq 373 milyon 286 min, satışı isə 3.6% azalaraq 591 milyon 931.7 min təşkil edib.

Bu dövrdə banklar tərəfindən nağd avronun alışı ötən ilin yanvar-mart ayı ilə müqayisədə 2.1 dəfə artaraq 52 milyon 980.7 min, satışı isə 11.5% artaraq 50 milyon 148.9 min təşkil edib.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video