Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı reqlament hazırlanıb

Fidan Məmmədli
1 Min Read

Azərbaycanda “Liftlərin təhlükəsizliyi haqqında” texniki reqlament layihəsi ictimai müzakirəyə çıxarılıb.

Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.

Bu texniki reqlament sərnişinlərin həyat və sağlamlığının qorunması, habelə liftlərin təyinatı və təhlükəsizliyi ilə əlaqədar istehlakçıları çaşqınlığa səbəb olan hərəkətlərin qarşısını almaq məqsədilə liftlərin təhlükəsizliyinin təmin edilməsi və onların istehlak bazarında sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir.

Gələcəkdə Azərbaycanda liftlərin təhlükəsizliyinə dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə, ölkədə olan liftlər ona tətbiq olunan bütün texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır.

    Share This Article
    Şərh edilməmiş