Azərbaycanda vergi borcu olan şirkətlər ləğv edilib.
İqtisadiyyatla bağlı məlumatlara görə, ləğv olunanlar arasında “ALTİS” və “KOMETA-A” şirkətləri var. Hər iki MMC “Azlayihə İnşaat” şirkətinə qoşularaq fəaliyyətini dayandırdığını elan edib.
Məlumata görə, “ALTİS” şirkətinin vergi borcu 3 517 315,86 manat, “KOMETA-A” şirkətinin isə 1 312 046,04 manatdır.
Bundan əlavə, “Azlayihə İnşaat” MMC-nin də 6 142 328,10 manat həcmində vergi borcu mövcuddur.
Qeyd edək ki, ləğv olunan şirkətlər 2009-cu ildən fəaliyyət göstərirdi. “ALTİS”in qanuni təmsilçisi Cavid Fuad oğlu Mahmudov, “KOMETA-A”nın qanuni təmsilçisi isə Samran Tahir oğlu Eyvazovdur.
2012-ci ildən fəaliyyət göstərən “Azlayihə İnşaat”ın qanuni təmsilçisi ise Talıb Sabir oğlu Hüsyenovdur.